HAQQIMIZDA
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etmək, elm, təhsil, mədəniyyət sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazını yaratmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək məqsədi ilə təsis edilən bir qurumdur. İctimai Birliyin nəzdində Beynəlxalq Multikultural Şəbəkə, Qadın Araşdırmaları və İnkişaf mərkəzi, 3 elmi jurnal, Beynəlxalq standartlara uyğun məqalə və elmi jurnalların hazırlanması üzrə Təlim Mərkəzi, Azərbaycan-Çin Elmi Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-yi eyni zamanda beynəlxalq “CROSSREF” və ITHAKA təşkilatının Azərbaycanda rəsmi partnyorudur. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2021- ci ildən ITHAKA ilə əməkdaşlıq edən yeganə Azərbaycan qurumudur. ITHAKA, Akademik cəmiyyətin yüksək səviyyədə inkişaf etməsi üçün rabitə və informasiya texnologiyalarından yararlanaraq, birbaşa yardım etmək məqsədilə yaradılan bir qurumdur. ITHAKA-nın əsas məqsədi, akademik cəmiyyətdə elmi resursları qorumaq, araşdırma etmək və bu prosesləri üxtəlif yollarla öyrətmək üçün informasiya texnologiyaları vasitələrindən istifadə edərək, kömək etməkdir. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi ITHAKA-nın nəzdində fəaliyyət göstərən ARTSTOR, ITHAKA S+R, JSTOR və PORTİKO-nun rəsmi üzvü olmaqla, onların təqdim etdiyi bütün imkanlardan faydalanır. İctimai Birlik Azərbaycanda əməkdaşlıq etdiyi bütün ali təhsil ocaqlarına, elmi jurnallara, elmi mərkəzlərə bu istiqamətdə fəaliyyət göstərən digər qurumlara da bu imkanlardan faydalanmasına şərait yaradır.Müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olunmaqdır. Aparılan elmi-tədqiqatlar, innovasiya fəaliyyətinin sürətlə inkişaf etməsi və bu tədqiqatlara olan istinadlar araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir. Azərbaycanda elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaq “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin əsas hədəflərindəndir və bu istiqamətdə kifayət qədər təcrübəyə sahibdir. Mərkəz Azərbaycanın alim və mütəxəssislərinin qlobal məkanda rəqabət gücünü artırmaq və elmi potensialını dünya ictimaiyyətinə tanıtmaq üçün lazımi bütün səyi göstərir.