Elmi Nəşrlər
Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İB
Müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olunmaqdır. Aparılan elmi- tədqiqatlar, innovasiya fəaliyyətinin sürətlə inkişaf etməsi və bu tədqiqatlara olan istinadlar araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir.Azərbaycanda elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaq “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin əsas hədəflərindəndir və bu istiqamətdə kifayət qədər təcrübəyə sahibdir “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi nəşr etdiyi elmi jurnallarında yer alan ən son elmi məlumatları çatdırmaqla, tədqiqat və texnologiyanın böyüməsinə, eyni zamanda tətbiqinə öz töhfəsini verir ki, bu da öz növbəsində onların tədqiqat fəaliyyətində irəliləməsinə şərait yaradır. Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İB-nin missiyası dünya elmi ictimaiyyətinə elmin müxtəlif sahələrində innovativ tədqiqatlar və nailiyyətlər üçün platforma təqdim etməkdir. Qurum öz missiyasını dəstəkləmək üçün yüksək keyfiyyətli akademik jurnallar nəşr edir.
1.“Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalının ilk nömrəsi 2017-
ci ildə dərc edilmişdir. İldə 4 dəfə dərc olunan, ictimaiyyət üçün açıq olan resenziyalı, elmin
kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiət sahələrini əhatə edən elmi-Tədqiqat jurnalıdır. Jurnalda indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnal Azərbaycan, Rus, İngilis, Türk dillərində elmi məqalələri dərc edir və dünyanın tanınmış bir çox beynəlxalq elmi bazalarına qəbul edilmişdir. Elmi jurnalın baş
redaktoru görkəmli iqtisadçı alim, Akademik Ziyad Səmədzadədir.
“Beynəlxalq İslam Təsəvvüfü ” jurnalı, 2020-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır.
Jurnalın fəxri redaktoru Türkiyənin tanınmış İslam və təsəvvüf araşdırmacısı, yazar Cemalnur Sarqutdur. Türkiyə və Azərbaycan alimlərinin birgə əməkdaşlığı çərçivəsində jurnalın çapı beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Elmi məqalələr ingilis dilində çap olunur. Jurnalın məqsədi təsəvvüf sahəsində elmi və akademik biliklərin ortaya çıxmasına töhfə vermək, xüsusən də təsəvvüf tarixi , təsəvvüf mədəniyyəti və təsəvvüf ədəbiyyatı sahəsində araşdırma aparmaq, milli və dini dəyərlərimizi dünya ictimaiyyətinə tanıtmaqdır.